ABŞ Prezidenti Donald Tramp ilə Venesuela lideri Nikolas Maduro arasında gərginlik davam edir. Tramp Floridada jurnalistlərə açıqlamasında Venesuelanı ABŞ-yə qanunsuz miqrant və narkotik göndərməkdə ittiham edib. Yenifikir.media bildirir ki, Tramp Vaşinqtonun bu axının qarşısını almaqda qərarlıdır.Tramp həmçinin Maduroya xəbərdarlıq edərək bildirib ki, “sərt addımlar atmağa davam edərsə, bunun ciddi nəticələri olacaq”. ABŞ prezidenti Venesuelanın ətrafında güclü Amerika donanmasının yerləşdirildiyini və Karib dənizində narkotik daşıdığı şübhə edilən gəmilərin saxlanacağını, eyni zamanda Venesuelaya məxsus neft tankerlərinə əl qoyulacağını açıqlayıb.
Hökumət rəsmilərinin sözlərinə görə, bu addımlar bölgədəki gərginliyi daha da artırmaqla yanaşı, ABŞ-ın təhlükəsizlik və miqrasiya siyasətini də gücləndirmək məqsədini daşıyır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

