ABŞ Prezidenti Donald Tramp Venesuelanın neft ehtiyatlarının ABŞ-ın nəzarətində olacağını və hansı şirkətlərin ölkəyə girəcəyinə qərar verəcəklərini açıqlayıb.O bildirib ki, ABŞ şirkətləri Venesuelanın enerji infrastrukturunu yenidən quracaq, hasilatı artıracaq və ən az 100 milyard dollar sərmayə qoyacaq. Dövlət yalnız təhlükəsizlik təmin edəcək. Tramp həmçinin Çin və Rusiyanın Venesuelada olmayacağını, lakin ABŞ-dan neft ala biləcəklərini vurğulayıb. İran və Suriyadakı vəziyyət izlənilir, Kolombiya ilə görüş planlaşdırılır, Qrellandiya məsələsində isə Rusiyanın və Çinin bölgəyə girməsinə icazə verilməyəcək.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

