ABŞ Prezidenti Donald Trampa açılan cinayət işi bağlanıb. Bu barədə o, 26 noyabrda “Truth Social”da yazıb.

Yenifikir.media-nın məlumatına görə Tramp Cənubi Corciyada ona və digər amerikalı patriotlardakı qarşı aparılan ittihamlar “tamamilə rədd edilib” və iş heç vaxt açılmamalı idi deyib. O, həmçinin ittihamları irəli sürənlərin məsuliyyətə cəlb olunmasını tələb edib.

Cənubi Corciya prokurorluğu açıqlayıb ki, Trampın 2020-ci il prezident seçkilərinə müdaxilə ittihamı üzrə işi “ədalət və məhkəmə qərarının yekunluğunu təmin etmək” məqsədilə dayandırılıb.

ABŞ mətbuatı isə noyabrın 14-də xəbər verib ki, Trampın Corciyada seçkilərə müdaxilə ittihamı ilə açılmış üç işi məhkəmə tərəfindən rədd edilib. Bundan əvvəl Tramp onlarla şəxsi, o cümlədən sabiq Nyu-York meri və vəkili Rudi Culianini əfv edib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir