ABŞ-ın xarici siyasəti uzun illər Şərqi Avropa və postsovet məkanındakı güc balansına birbaşa təsir göstərir. Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüş isə yalnız iki liderin münasibətlərini deyil, həm də ABŞ-ın strateji maraqlarını ön plana çıxarır.

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli Yenifikir.media üçün açıqlamasında bildirib ki, Donald Trampın prezidentliyi Birləşmiş Ştatların xarici siyasətində yeni dövrün başlanğıcı olub. “Tramp əvvəlki administrasiyanın buraxdığı səhvləri aradan qaldırmağa çalışır. İsrail-Fələstin münaqişəsini çıxmaqla, dünya onun dövründə daha sabit və ümidverici bir mühitə malik olub. Bu baxımdan, Ukrayna lideri ilə görüşün əhəmiyyəti böyükdür,” – deyə o qeyd edib.

Elman Cəfərli bildirib ki, Trampın fevralın 28-də Ukrayna Prezidenti ilə ilk görüşü gərgin keçsə də, bu günkü görüş daha pozitiv və konstruktiv müstəvidə baş tutub. ABŞ lideri Ukrayna tərəfinin Rusiyanın hərbi təcavüzü ilə bağlı narahatlıqlarına daha tolerant və obyektiv yanaşmağa çalışıb.

Həmçinin, Vaşinqtonda Qərbi Avropa liderləri ilə keçirilən görüş zamanı Trampın Rusiya Prezidenti Vladimir Putin ilə 40 dəqiqəlik telefon danışığı, Putini Zelenski ilə ikitərəfli, ardınca isə üçtərəfli görüşə razı salması ABŞ-ın Avropada və beynəlxalq arenada nüfuzunun artdığını göstərir. “Artıq müharibəyə yanaşma yalnız ABŞ-Avropa ittifaqı prizmasından deyil, ABŞ-ın vasitəçilik missiyası zəminində formalaşır. Bu da ABŞ-ın həm regionda, həm də dünyada nüfuzunu artırır,” – deyə ekspert vurğulayıb.

O daha sonra  əlavə edib ki, bu nüfuz Bayden administrasiyasının diplomatik zorakılığa əsaslanan siyasətindən fərqli olaraq, optimal xarici siyasətin məntiqi nəticəsi kimi ortaya çıxır.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir