ABŞ Prezidenti Donald Trump ötən gün Nyu-Yorkdan Vaşinqtona qayıdarkən jurnalistlərə verdiyi açıqlamada sərt fikirlər səsləndirib. Yenifikir.media xəbər verir ki, Trump Avropa ölkələrinə müraciət edərək bildirib:
“Biz Rusiyadan neft almırıq, amma Avropa hələ də alır. Bu, qəbulolunan deyil. Mən əlavə sanksiyalar tətbiq etməyə hazıram, amma Avropa da eyni addımı atmalıdır”.
ABŞ Prezidenti Avropa ölkələrini Rusiyaya qarşı yalnız bəyanat verməklə kifayətlənməkdə günahlandırıb və onların real addımlar atmadığını qeyd edib.
Trump həmçinin Rusiyanın və Ukraynanın bir-birinə dərin nifrət bəslədiyini, buna görə də sülh danışıqlarının hələ başlamadığını və bundan narazı olduğunu vurğulayıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

