ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya səfəri öncəsi jurnalistlərin suallarını cavablandırıb.Yenifikir.media xəbər verir ki, Tramp, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibəni bitirmək üçün razılaşma əldə etməyə məcbur olduğunu bildirib. O, həmçinin Avropanı Rusiyadan neft alımını dayandırmağa çağırıb.
Putin və Zelenski arasında görüş ehtimalına toxunan Tramp deyib: “Onlar eyni otaqda görüşə bilmirlər, aralarında böyük nifrət var. Mən də həmin görüşdə iştirak etmək ehtimalım var’
Tramp ABŞ ordusunun Venesueladan narkotik daşıyan üç qayığı vurduğunu açıqlayıb və Venesuela rəhbərliyinə mesaj verib: “ABŞ-a narkotik göndərməyi dərhal dayandırsınlar.”
Dövlət başçısı həmçinin Çinin TikTok-un satışına razılıq verdiyini, böyük şirkətlərin bu platformanı almaqda maraqlı olduğunu bildirib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin