ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ-a məxsus neft və enerji hüquqlarını qanunsuz şəkildə ələ keçirdiyini bildirib. Onun sözlərinə görə, ABŞ bu hüquqların geri qaytarılmasını tələb edir. Tramp Venesuelada fəaliyyət göstərən Amerika neft şirkətlərinin ölkədən çıxarıldığını deyib və bu vəziyyətin artıq davam etməyəcəyini vurğulayıb.

“Bizim neftimizi və hüquqlarımızı aldılar. Buna icazə verməyəcəyik. Hamısını geri istəyirik”, – deyə Tramp qeyd edib.

ABŞ Prezidentinin yaxın saatlarda Venesuelaya qarşı tətbiq edilən sanksiyalar və blokada ilə bağlı yeni açıqlamalar verəcəyi gözlənilir.Qeyd edək ki, Tramp daha əvvəl Venesuelaya məxsus neft tankerlerinin bloklanması barədə göstəriş verdiyini açıqlamışdı.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir