ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna hazırkı cəbhə xətlərində dayanmalı və bu vəziyyəti gələcək danışıqların əsası kimi qəbul etməlidir. Yenifikir.media bildirir ki, Tramp Vaşinqtona qayıdarkən jurnalistlərlə söhbətində Rusiya-Ukrayna müharibəsini dəyərləndirib.
“Ukrayna indi olduğu yerdə dayanmalıdır. Bu xətt danışıqlar üçün əsas ola bilər”, – deyə o bildirib.
Tramp Zelenski ilə görüşdə “Donbasın Rusiyaya verilməsi” barədə danışdığı iddiaları isə rədd edib.
“Biz bunu müzakirə etməmişik. Sadəcə, cəbhə xətlərində dayanmaq lazım olduğunu dedim”, – Tramp vurğulayıb.
Qeyd edək ki, Tramp əlavə edib ki, əsas məqsəd döyüşlərin dərhal dayandırılmasıdır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

