ABŞ prezidenti Donald Tramp, Rusiya və Ukrayna prezidentləri ilə özünün iştirakı ilə üçtərəfli sammitin keçirilməsinin mümkün olduğunu bildirib. Məsələni yenifikir.media üçün politoloq Xəqani Cəfərli şərh edib.

Politoloqun fikrincə, üçtərəfli görüşün keçirilməsi ehtimalı hazırda əvvəlkindən daha yüksəkdir. Onun sözlərinə görə, əgər Birləşmiş Ştatlar təzyiq siyasətini davam etdirərsə, bu məqsədə nail olmaq mümkündür.

“Yaxın günlərdə ABŞ-ın təzyiqləri davam edərsə və xüsusilə Rusiyanın əsas tərəfdaşları olan Çin, Hindistan, Türkiyə və Braziliya tərəfindən də bu təzyiqlər güclənərsə, Rusiyanın manevr imkanları daralacaq. Bu isə Moskvanın danışıqlar masası arxasına oturmağa məcbur qalması ilə nəticələnə bilər,” – deyə politoloq bildirib.

Xəqani Cəfərlinin fikrincə, prosesin gedişi Tramp administrasiyasının və ABŞ Konqresinin nə dərəcədə qətiyyətli olacağından asılıdır:

“Konqresdəki respublikaçı çoxluq bu məsələdə maraqlıdır. Bu da Rusiyaya qarşı təzyiqlərin yaxın günlərdə artacağı ehtimalını gücləndirir.”

Ekspert hesab edir ki, mövcud siyasi dinamika fonunda Rusiya, Ukrayna və ABŞ prezidentlərinin iştirakı ilə üçtərəfli görüşün qarşıdakı həftələrdə baş tutması mümkündür.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir