ABŞ Prezidenti Donald Tramp, İsrail və Həmasın Qəzzədə atəşkəs planının ilk mərhələsini qəbul etdiyini açıqlayıb. O, prosesə dəstək verən Türkiyə, Qatar və Misirə təşəkkür edib.

Tramp bildirib ki, razılaşmaya əsasən, bütün girovlar azad ediləcək və İsrail əvvəlki mövqelərinə çəkiləcək. O, bu razılaşmanın region və dünya üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Həmas da Qəzzədə atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib. Hərəkat, müharibənin dayandırılması, İsrailin geri çəkilməsi, yardımların bölgəyə daxil olması və girov mübadiləsini nəzərdə tutan bu razılaşmanı “müsbət addım” adlandırıb.

Həmas açıqlamasında Türkiyə, Qatar, Misir və ABŞ Prezidenti Donald Trampın səylərinə görə təşəkkür edib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir