ABŞ prezidenti Donald Tramp generallar qarşısında çıxışında Rusiyanın sahillərinə atom sualtı qayıqlarının göndərildiyini açıqlayıb. O, qərarın ehtiyat tədbiri olaraq verildiyini bildirib.

Tramp qeyd edib ki, bu addıma səbəb Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevlə sosial şəbəkələrdə nüvə silahı ilə bağlı mübahisə olub. Prezident həmçinin ümid etdiyini vurğulayıb ki, bu silahlardan istifadə heç vaxt lazım olmayacaq.

Bundan əvvəl Rusiya sərhədləri yaxınlığında ABŞ-a məxsus RQ-4 Global Hawk kəşfiyyat təyyarəsi və Norveçə göndərilən P-8 Poseidon sualtı qayıq əleyhinə təyyarələri qeydə alınmışdı.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir