ABŞ prezidenti Donald Tramp İsraildə Knessetdə çıxışı zamanı bildirib ki, Qəzza münaqişəsi bitdikdən sonra diqqətini Ukraynaya yönəldəcək.
Yenifikir.media xəbər verir ki, Tramp çıxışında əlavə edib: “Əvvəlcə Rusiyaya diqqət yetirməliyik,əgər etiraz etmirsənsə, Stiv, gəlin Rusiyaya fokuslanaq.”
Qeyd edək ki, bu sözləri Tramp zalda köməkçisi Uitkoffa deyib. Çıxışı zamanı isə İsrail deputatları “soyqırım” deyərək etiraz ediblər.
Tramp daha əvvəl bildirmişdi ki, Putin Ukrayna münaqişəsini həll edə bilsə, “yaxşı görünəcək”, yoxsa nəticələr pis ola bilər.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

