ABŞ prezidenti Donald Tramp sabah Alyaskada Rusiya prezidenti Vladimir Putinlə keçirəcəyi görüş ərəfəsində Fox Newsz-a danışıb. Sürətli sülh razılaşması əldə etməyi hədəflədiyini bildirən Tramp, dərhal atəşkəsin təmin olunmamasına da hazır olduğunu deyib.

Tramp, görüşün gedişatından asılı olaraq Ukrayna prezidenti Volodimir Zelenskini dəvət edəcəyini açıqlayıb. Putinin razılığa gəlmək istədiyini vurğulayan Tramp, ilk görüş uğurlu olarsa, ikinci sammitdə Putin və Zelenskini bir araya gətirməyi planlaşdırdığını bildirib.

O, Alyaska Zirvəsindən müharibəni dayandıracaq nəticə çıxmaması halında Rusiyaya sanksiya tətbiq edəcəyini də yenidən bəyan edib. Tramp və Putin sabah Ankoric şəhərində görüşəcək.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir