ABŞ-ın sabiq Alyaska vitse-qubernatoru Loren Leman “İzvestiya”ya deyib ki, Donald Trampın Vladimir Putinlə görüş üçün Alyaskanı seçməsi onun strateji əhəmiyyətindən irəli gəlir.
Leman ehtimal edir ki, görüş Aleut adalarındakı Adak adasında keçirilə bilər — ora uzaqdır, mətbuat üçün əlverişsiz və təhlükəsizdir. Lakin ən real variant Ankoricdəki Elmendorf-Richardson birləşmiş hərbi bazasıdır. Ehtiyat yer kimi isə mərkəzi Alyaskadakı Ferbanks şəhəri nəzərdə tutulur.
Yenifikir.media xəbər verir ki, ABŞ mediası Ankoricdəki “Captain Cook” otelini də Rusiya nümayəndə heyətinin yerləşə biləcəyi ehtimal olunan məkan kimi göstərib.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin