ABŞ Prezidenti Donald Tramp Kubaya neft tədarükünün tənzimlənməsi ilə bağlı danışıqlara start verildiyini açıqlayıb.
Florida ştatına səfəri zamanı jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, Kuba ilə razılaşma əldə olunması mümkündür. Onun sözlərinə görə, bu istiqamətdə artıq müzakirələr aparılır. ABŞ Prezidenti qeyd edib ki, humanitar böhrana ehtiyac yoxdur və Kuba tərəfinin razılaşma üçün ABŞ-a müraciət edəcəyi ehtimal olunur. Tramp əlavə edib ki, belə bir anlaşma Kubanın yenidən azad olmasına yol aça bilər/yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

