ABŞ Prezidenti Donald Tramp körpələrə vurulan peyvəndləri “atlara verilən nəhəng dozalar”a bənzədərək tənqid edib. Yenifikir.media bildirir ki, təyyarədə jurnalistlərə açıqlamasında Tramp deyib ki, bəzən körpələrə 80-ə yaxın fərqli peyvənd vurulur və bu “kiçik bir körpəyə çox böyük yükdür”. O, peyvəndlərin kiçik dozalarla və illər ərzində tətbiq olunmasının daha doğru olduğunu vurğulayıb.
Trampın Səhiyyə naziri Robert F. Kennedi ilə birlikdə keçirəcəyi mətbuat konfransında hamiləlikdə istifadə olunan Tylenol dərmanının autizmlə əlaqəsi iddiası da müzakirəyə çıxarıla bilər.
ABŞ Qida və Dərman İdarəsi (FDA) və preparatın istehsalçısı Kenvue isə Tylenol-un həkim məsləhəti ilə düzgün dozada qəbul edildiyi halda hamilələr üçün təhlükəsiz olduğunu bildirir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

