ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə yenidən görüşmək istədiyini açıqlayıb. Yenifikir.media xəbər verir ki, bu barədə Tramp “Clash Report”a verdiyi açıqlamada bildirib.
“Şimali Koreya lideri Kim Çen In ilə çox yaxşı münasibətlərim var. Onunla yeni görüşü səbirsizliklə gözləyirəm və Kim Çen In-i çox yaxşı tanıyıram,” – deyə Tramp qeyd edib.
Xatırladaq ki, Tramp 2018-ci ildə Sinqapurda, 2019-cu ildə Vyetnamda və həmin il iki Koreya arasındakı demilitarizə olunmuş zonada üç dəfə Kim Çen In ilə görüşüb. Görüşlər Şimali Koreyanın nüvə proqramı və ikitərəfli münasibətlərin inkişafı mövzularına həsr olunub.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin