ABŞ Prezidenti Donald Tramp Qəzzadakı atəşkəs danışıqları ilə bağlı sosial şəbəkədə paylaşım edib. O bildirib ki, Həmasa verilən vaxt bazar günü Vaşinqton vaxtı ilə saat 18:00-a qədər uzadılıb:
“Bu son şansdır. Razılaşma əldə olunmasa, Həmasa qarşı indiyədək görünməmiş bir cəhənnəm başlayacaq,” – deyə Tramp vurğulayıb.
Tramp həmçinin bütün girovların, hətta ölənlərin cəsədlərinin də geri qaytarılmasını tələb edib və Yaxın Şərqdə sülhün hər halda təmin olunacağını söyləyib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin