ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpini “çox hörmətli” adlandıraraq, iki ölkə arasındakı gərginliyin keçici olduğunu bildirib. Yenifikir.media bildirir ki,Tramp “Truth Social”da paylaşımında, “Çin barədə narahat olmayın, hər şey düzələcək,” – deyə yazıb və ABŞ-ın Çinə qarşı düşmən deyil, əməkdaşlıqdan yana olduğunu vurğulayıb.
Son günlər Çin nadir torpaq elementlərinin ixracına məhdudiyyətlər qoyub. Tramp bu addımı “aqressiv” adlandırıb və Çindən gətirilən mallara əlavə 100 faiz rüsum tətbiq edib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

