ABŞ-ın Ankaradakı səfiri və Suriyaya xüsusi nümayəndəsi Tom Barrak Suriyada iki amerikalı əsgərin öldürülməsi ilə bağlı açıqlama verib.
Barrak bildirib ki, hücum İŞİD-in hələ də ABŞ və bütün dünya üçün ciddi təhlükə olduğunu göstərir. Onun sözlərinə görə, ABŞ Suriyada yerli tərəfdaşlara məhdud hərbi dəstək verərək İŞİD-lə mübarizəni davam etdirir və bu strategiya dəyişməyəcək.Səfir qeyd edib ki, terrorçular ABŞ-ın dəstəklədiyi Suriyalı qüvvələrin təzyiqi altında olduqları üçün hücumlar təşkil edirlər. ABŞ-ın Suriyadakı məhdud hərbi mövcudluğu İŞİD-in yenidən güclənməsinin qarşısını alır və ABŞ-ın təhlükəsizliyini qoruyur.Barrak vurğulayıb ki, həlak olan gənc əsgərlərin itkisi ABŞ cəmiyyətində böyük ağrı yaradıb. O bildirib ki, Prezident Donald Tramp, müdafiə naziri Pit Heqset və dövlət katibi Marko Rubio bu hücumu cavabsız qoymayacaq.
Açıqlamaya görə, ABŞ və beynəlxalq koalisiya İŞİD-in harada olmasından asılı olmayaraq, ona qarşı mübarizəni gücləndirəcək.

© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

