ABŞ Prezidenti Donald Tramp hökumətin müvəqqəti büdcəsini 30 yanvara qədər uzadan sənədi imzalayıb. Bununla da ölkə tarixində ən uzun — 43 gün davam edən “şatdaun” başa çatıb.
Sənəd Ağ Evdə rəsmi mərasimdə imzalanıb. Büdcənin qəbulundan sonra maaşsız məzuniyyətdə olan dövlət qulluqçuları cümə axşamı işə qayıdacaq.
Senat və Konqres büdcəni yanvarın sonuna qədər təsdiqləyib. Əgər bu müddətdə yeni razılıq əldə olunmasa, hökumət yenidən dayana bilər.
Xatırladaq ki, 1 oktyabrdan etibarən hökumət fəaliyyətini dayandırmış, yüz minlərlə işçi məzuniyyətə göndərilmişdi. Ağ Evin məlumatına görə, bu vəziyyət iqtisadi artımı azaldacaq.
Əvvəlki rekord da Tramp dövrünə aiddir — 2019-cu ildə hökumət 35 gün işləmədən qalmışdı. “Şatdaun” anlayışı isə ilk dəfə 1980-ci ildə yaranıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

