Ötən mövsüm Trabzonspor-da icarə əsasında çıxış edən “Braqa”nın eks hücumçusu Simon Banza karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək. Yenifikir.media-nın məlumatına görə, 28 yaşlı futbolçu BƏƏ Pro Liqa təmsilçisi “Al Jazira” ilə 10 milyon avroya anlaşaraq 3 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Banza 2024/2025 mövsümündə Trabzonspor formasında 37 oyunda meydana çıxıb, 22 qol və 7 asistlə yadda qalıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin