Xalqımızın zəngin süfrəsi, kulinariyası var. Bəlkə də ona görə toy və el şənliklərində məclislərimizdə yemək çeşidləri həddən artıq çox olur. Sanki milli xörəklərin festivalı keçirilir. Qonaqlar çox zaman yeməkləri qarışdırıb səhhətlərində problem yaranır. Yeməklərin məclislərdə çox çeşiddə təqdim olunması yaxşı hal deyil. Bu, həm israfçılıqdır həm də sağlamlıq üçün zərərlidir. Əsasən toylarda yemək növləri həddən artıq çox olur. Əksəriyyəti də süni və ya qeyri – təbii qidalar olur. Yaxşı olar ki, az sayda çeşiddə yemək təqdim olunsun. Həm israfçılıq aradan qalxar, məclis sahibinə yük, xərc az düşər, həm də qonaqlar rahat qidalanar. Qida rasionunu ağırlaşdırmaq insan sağlamlığı üçün həddən artıq ziyandır. Bəzi ölkələrdə şənlik məclisləri sadə meyvə şirələri ilə qeyd olunur. Əsas üstünlüyü mənəvi qidaya, musiqi və şənliyə, sosiallaşmaya ayırırlar. İnsanlar ünsiyyət edir, zövq alır, mənəvi cəhətdən qidalanırlar. Bizim toylarda isə hay-həşirdən qulaq tutulur, yeməklər də ağır və fərqli, bir-birinə zidd tərkibdə. Nəticədə xərc, israf bir tərəfdən, borc da digər tərəfdən insanların sosial həyatına mənfi təsir göstərir. Ona görə bu yükdən azad olmaq vacibdir. Yüngül və sadə qidalar əsas diqqəti yeməyə yox, şənliyin mənəvi tərəfinə çəkməyə gətirib çıxarmalıdır. İsrafçılıq, zərərli və çoxsaylı qidalar doğru deyil.

 

Sədaqət Əliyeva

Sosioloq

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir