Tovuz rayonunun Düz Qırıqlı kənd sakinləri Saleh İbrahimov və Hüseyn Məhərrəmov Səs TV-yə müraciət edərək üzləşdikləri qanunsuzluqla bağlı şikayətlərini bildiriblər. Fermerlər qeyd ediblər ki, vaxtilə dövlət tərəfindən onlara verilmiş pay torpaqlarının bir hissəsini qanunsuz olaraq başqa şəxsə satıblar. Bundan başqa, həmin torpaq sahəsində salınmış üzüm bağlarına və dövlət tərəfindən qurulmuş artezian qurğusuna gedən texniki yolu da başqa vətəndaşa satılıblar, o da yolun həmin hissəsini çəpərləyib. Nəticədə sahələrə və arteziana gedən yol bağlanıb və xidmət maşınları oraya keçə bilmirlər. Səs TV-nin əməkdaşları şikayətlə bağlı həmin əraziyə baş çəkib və vəziyyətlə yerində tanış olub.

Fermerlər daha bir problemlə də üzləşiblər. Belə ki, onların qanuni pay torpaqlarından kəsilib tamamilə qanunsuz şəkildə başqa şəxsə torpaq verilib.

Şikayətçilər müvafiq orqanlara və məhkəməyə müraciətləri və onlara verilən cavabları da göstəriblər. Onlar qanunu haqlarının təmin olunmasını xahiş edirlər.
Şübhə etmirik ki, müvafiq orqanlar problemlə bağlı müvafiq tədbirlər görəcəklər.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir