Konya Necmettin Erbakan Universitetinin araşdırmasına görə, gənclərdə beyin çürüməsinin əsas səbəblərindən biri gündəlik sosial media istifadəsidir. Yenifikir.media-nın məlumatına görə, 1 614 gənc üzərində aparılan tədqiqat göstərib ki, hər 100 gəncdən 2-si yüksək səviyyədə, təxminən 10%-i isə müəyyən dərəcədə beyin çürüməsi simptomları yaşayır.

Araşdırma həmçinin göstərib ki, 12-14 yaş arasında smartfon və sosial mediaya qoşulan gənclərdə simptomlar daha çox müşahidə olunur, 18 yaşdan sonra qoşulanlarda isə daha azdır. TikTok ən çox zərər verən platforma kimi önə çıxıb. Həmçinin, yatmazdan əvvəl sosial media istifadəsi simptomların sürətlə artmasına səbəb olur.

Ekspertlər bildirir ki, sosial medianın məhdud və ölçülü istifadəsi gənclərin beyin sağlamlığı üçün vacibdir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir