TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi ofis və anbar icarəyə götürür.Pravda.az-ın xəbərinə görə, obyektin ünvanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, 142 D ünvanıdır, ümumi sahəsi 12,552.30 kvadratmetrdir.

Qurum bunun üçün fərdi sahibkar Orxan Cavanşirlə müqavilə bağlayaraq 392 000 AZN ödəyib. Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Qeyd: O.Cavanşir deputat Cavanşir Feyziyevin oğludur. Sahibkarın adı “çirkli pullar”ın yuyulmasında hallanıb. 2021-ci ildə Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi Feyziyevlərin bank hesablarına yatırılan 15 milyon funt sterlinqin “çirkli pul” olduğunu açıqlayıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir