Ölkəmizdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları 1 saylı DOST Mərkəzi ilə tanış olublar.Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev qonaqlara Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və DOST Mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verib. Nazir bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan DOST konsepsiyası çərçivəsində dövlət sosial xidmətləri “bir pəncərə” prinsipi ilə, operativ və şəffaf formada vətəndaşlara təqdim edilir. DOST-un beynəlxalq uğurları və üstünlükləri də görüşdə vurğulanıb.

TDT nazirləri həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar. Burada həssas qruplara aid şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi üçün görülən işlər nümayiş etdirilib. Qonaqlar Mərkəzdə hazırlanan əl işləri ilə tanış olub, təlimçi və benefisiarların ifasında konsert proqramını izləyiblər.

Görüş zamanı DOST konsepsiyasının ölkədə sosial xidmətlərin səmərəliliyinin artırılmasında oynadığı rol və vətəndaş məmnuniyyətinə verdiyi töhfələr xüsusi olaraq qeyd olunub.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir