19 oktyabr 2025-ci il tarixində Gürcüstanın paytaxtı Tbilisidə “Milli quruculuqda Qafqaz kürdlərinin rolu” mövzusunda Qafqaz Kürdlərinin II Elmi-Praktiki Beynəlxalq Konfransı təşkil olunub.
Tədbirdə İraq Kürdüstan Regionu Prezidenti Nəçirvan Barzaninin müşavirləri Xeyri Bozani və Hüseyin Qeydi, Baş nazir Məsrur Barzaninin müşaviri Renas Cano, Kurdistan “Revend” Diaspor Konfederasiyasının rəhbərliyi, eləcə də Gürcüstan parlament üzvü İsko Dasini, Azərbaycan nümayəndələri – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktorunun müavini Ramin Qəmbərov və “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri Zabit Məmmədov iştirak ediblər.
Konfransda Qafqazda yaşayan kürd icmalarının dövlətlərin ictimai-siyasi, iqtisadi və mədəni həyatında aktiv iştirakının önəmi vurğulanıb. İştirakçılar bu istiqamətdə görüləcək işlərin daha da intensivləşdirilməsinin zəruriliyini qeyd ediblər.
Tədbir “Ronahi” Gürcüstan Kürdləri Assosiasiyası, Qafqaz Kürd İnstitutunun təşkilatçılığı, Kurdistan “Revend” Diaspor Konfederasiyası, Barzani Qərargahı və Kinyaz Mizoyev Fondunun dəstəyi ilə baş tutub.
19 oktyabr 2025-ci il tarixində Gürcüstanın paytaxtı Tbilisidə “Milli quruculuqda Qafqaz kürdlərinin rolu” mövzusunda Qafqaz Kürdlərinin II Elmi-Praktiki Beynəlxalq Konfransı təşkil olunub.
Tədbirdə İraq Kürdüstan Regionu Prezidenti Neçirvan Barzaninin müşavirləri Xeyri Bozani və Hüseyn Qeydi, Baş nazir Məsrur Barzaninin müşaviri Renas Cano, Kurdistan “Revend” Diaspor Konfederasiyasının rəhbərliyi, eləcə də Gürcüstan parlament üzvü İsko Dasini, Azərbaycan nümayəndələri – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktorunun müavini Ramin Qəmbərov və “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri Zabit Məmmədov iştirak ediblər.
Konfransda Qafqazda yaşayan kürd icmalarının dövlətlərin ictimai-siyasi, iqtisadi və mədəni həyatında aktiv iştirakının önəmi vurğulanıb. İştirakçılar bu istiqamətdə görüləcək işlərin daha da intensivləşdirilməsinin zəruriliyini qeyd ediblər.
Tədbir “Ronahi” Gürcüstan Kürdləri Assosiasiyası, Qafqaz Kürd İnstitutunun təşkilatçılığı, Kurdistan “Revend” Diaspor Konfederasiyası, Barzani Qərargahı və Kinyaz Mizoyev Fondunun dəstəyi ilə baş tutub.



© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

