Tatarıstan hökuməti avqustun 29-da pilotsuz uçuş aparatlarının (PUA) uçuşları və mümkün nəticələri ilə bağlı foto və videoların KİV-də, İnternetdə, sosial şəbəkələrdə və messencerlərdə yayılmasını qadağan edib. Qadağa rəsmi mənbələrə və ya onlara istinad edilən məlumatlara aid deyil.
Hökumətin bildirdiyinə görə, yoxlanılmamış məlumatların paylaşılması əməliyyat xidmətlərinin işinə mane ola bilər.
4 avqustda Krasnodarda məhkəmə Karina Oşçurkovanı Adlerski rayonunda yanmaqda olan neft bazasının fonunda video çəkdiyi üçün 30 min rubl cərimələmişdi. Təqsirləndirlilən şəxs videonu sosial şəbəkədə yayımlayaraq PUA-nın bazaya vurduğu zərəri göstərmişdi.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin