Qədimlərdən axıb gələn şah alət,
Sədasında ülfət, qeyrət, dəyanət.
Həzin-həzin dinləndirdikcə onu,
Mizrablar nəql edir min cür hekayət.
Ləli-gövhər axır barmaqlarından,
Bal dadır sədası-səsi Məsimin.
Sanki Məcnun durub sevda bağında,
Soraqlayır təranəsin Məsimin.
Məsim cuşə gəlir sinəsində tar,
Nalan edir o tarının hər simin.
Danışdırır tarı o kəlmə-kəlmə,
Naxışlayır onun zilin, həm bəmin.
Çaldığı əsərə vurur min ilmə,
Bəyan edir sirrin, hər bir guşənin.
Zəmanənin misilsiz bir tarzəni,
Çal Məsim, susmasın avazın sənin.
Çal Məsim, yayılsın tarının səsi,
Zövqü ver musiqi sevənlərə sən,
Çal ki, tarının o şirin nəğməsi,
Ruhumuza söylətsin, min-min əhsən!
Mövsüm Əhməd
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin