Bir müddət əvvəl eyvandan yıxılaraq həyatını itirən məşhur türk müğənnisi Güllünün qızı həbs edilib. Yenifikir.media xəbər verir ki, aparılan araşdırmalar zamanı müğənninin qızı Tuğyan Ülkem Gülterlə bağlı müəyyən şübhələr ortaya çıxıb və onun hadisə ilə bağlı məsuliyyət daşıdığı iddia olunur.Güllünün qızı Tuğyan Ülkem Gülter və onun rəfiqəsi Sultan Nur Ulu xaricə çıxmağa cəhd göstərdikləri zaman saxlanılıblar.
Qeyd edək ki,Tuğyan Ülkem Gülter anasının ölümündən sonra haqqında yayılan xəbərlərə “Haqqımı halal etmirəm” sözləri ilə etiraz etmişdi.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

