Əməkdar artist Cabir İmanovun vəfatı mədəniyyət ictimaiyyətində böyük kədər doğurub. Məlumata görə, tanınmış sənətçi infarkt keçirərək dünyasını dəyişib.

Müğənni Zamiq Hüseynov sosial şəbəkədə Cabir İmanovla bağlı duyğularını belə ifadə edib:

“Dünən bir yerdə toyda idik… Qucaqlaşdıq, rəqs etdik, sanki hər şey normal idi. Amma sən demə, son görüşümüz imiş. Çox təəssüf! Yaxşı insan, dəyərli dost idin. Allah sənə rəhmət eləsin. Hər zaman gülərüzün, pozitiv enerjin və nümunəvi xarakterinlə xatırlanacaqsan. Məkanın cənnət olsun, əziz dostum”.

Cabir İmanovun vaxtsız gedişi həm sənət dostlarının, həm də sevənlərinin yaddaşında dərin iz qoyub.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir