Instagram fenomeni Enes Güler, son paylaşdığı videoda atasını ifşa edib. Güler iddia edir ki, 10 il əvvəl atası gecə evə ruhi problemi olan bir adam gətirərək zorla anası ilə birlikdə olmağını istəyib. Anası yarıçılpaq halda qaçaraq qarğıdalı tarlasına sığınıb və Güler onu bir saat gizlədib.
Hadisə baş verən vaxtı 15 yaşında olan Güler, məktəbi buraxaraq anasını və bacısını götürüb şəhəri tərk edib və onlara daha yaxşı həyat təmin etməyi söz verib . “Bir gün məşhur olacağam və bunu hər kəsə danışacağam” deyib.
Güler atasına və ailəsinə haqqını halal etmədiyini, həmin adamın isə hazırda Düzcədə həbsdə olduğunu bildirib.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

