Türkiyədə narkotik işi üzrə həbs olunan tanınmış televiziya aparıcısı Ela Rümeysa Cebeci ilə bağlı yeni detallar açıqlanıb. İstanbul Prokurorluğunun apardığı istintaq çərçivəsində onun verdiyi ifadə ictimaiyyətə təqdim olunub.Aparıcı əlavə ifadəsində iş adamı Sadettin Saranla bir müddət sevgili olduğunu etiraf edib.

İstintaq materiallarına əsasən, aparıcı aylıq gəlirinin 120 min lirə (4 800 AZN) olduğunu bildirib.O, telefonunun şifrəsini könüllü şəkildə təqdim etdiyini, heç kimə narkotik satmadığını deyib. Bununla yanaşı, keçmişdə narkotik istifadə etdiyini etiraf edən Cebeci, kokain və kimyəvi maddələrdən istifadə etmədiyini vurğulayıb.
Fikrət

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir