Tanınmış türk aktrisası Nebahat Çehre estetik əməliyyat etdirmədiyini və təbii görünüşünü qoruduğunu bildirib. 82 yaşlı aktrisa bir neçə gün öncə qatıldığı tədbirdə 20 il əvvəl aldığı paltarı geyinib. O bildirib ki, aldığı əşyalar uzunömürlü olur və dəyişməyə ehtiyac olmur: “Yaxşı paltarlar alıram, bunu 20 il də geyinə bilərəm. 15 illik sviterlərim var. Davamlı məhsulları sevirəm.”

Estetik əməliyyat etdirməsi ilə bağlı suala cavab olaraq aktrisa deyib: “Üz xətlərim qırışlıdır, dolğu ilə aradan qaldırmaq olar, amma dərimdən və üz quruluşumdan vaz keçmək istəmirəm. Yaşımı yaşayıram.”Aktrisa gənc həmkarlarına nümunə olaraq təbii görünüşün və yaş qəbulunun önəmini vurğulayıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir