Fənərbaxçanın braziliyalı futbolçusu Anderson Talisca komandadan getmək istəyir. 31 yaşlı futbolçu Türkiyədə özünü xoşbəxt hiss etmir və Braziliyaya qayıtmaq istəyir.
Yenifikir.media bildirir ki,Taliscanın Fənərbaxça ilə müqaviləsi mövsümün sonunda bitir. O, daha əvvəl “Korintians”da oynamaq istədiyini bildirmişdi. Müqavilə yenilənməsə, Braziliyaya dönəcəyi gözlənilir.
Qeyd edək ki,Talisca bu mövsüm 36 oyunda 16 qol vurub, 3 asist edib. Onun dəyəri 8 milyon avrodur.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

