“Qarabağ” klubunun prezidenti Tahir Gözəlin oyundan sonra jurnalistlərlə maraqlı dialoqu baş tutub. Media nümayəndəsinin əlindən mikrofonu alan klub prezidenti qələbə sevincini jurnalistlərlə bölüşüb.
“Mən sizə sual verirəm: bu möcüzə deyilmi? Dünən xalqımız matəm günü yaşadı, bu gün isə xalqımızı sevindiririk. Cənab Prezidentimiz Avropadadır. Tariximizdə ilk dəfədir ki, Almaniyanı uduruq. Bu, möcüzədir. Mən sizə bir söz deyim: bu, pul gücü ilə olmayıb. Qarabağın müqəddəs adının bizə verdiyi ilhamdır. Bu, mənəviyyatdır, bu, ailə duyğusudur. Biz buralara milli dəyərlərimizdən ötrü gəldik.”/yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

