Fövqəladə Hallar Nazirliyi Beyləqan rayonunda fəaliyyət göstərən maye qazdoldurma məntəqəsinin işini müvəqqəti dayandırıb.
FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən aparılan planlı yoxlama zamanı I Şahsevən kəndində fərdi sahibkar Şəhla Həsənovaya məxsus obyektin təhlükəsizlik tələblərinə cavab vermədiyi müəyyən edilib.Araşdırma zamanı qazdoldurma məntəqəsində istifadə olunan tutumlardan birinin istismar müddətinin bitdiyi, avadanlıqların texniki baxışdan keçirilmədiyi, həmçinin nəzarət-ölçü cihazları və qoruyucu sistemlərin yoxlanılmadığı aşkarlanıb. Bu nöqsanların insan həyatı və sağlamlığı üçün ciddi risk yaratdığı bildirilib.
Mövcud təhlükə nəzərə alınaraq və pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı üçün Agentliyin əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb. Aşkar olunan çatışmazlıqların aradan qaldırılması ilə bağlı tərtib edilmiş akt sahibkara təqdim olunub.
FHN sənaye obyektlərində təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət tədbirlərinin davam etdiriləcəyini açıqlayıb.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir