Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 13-ü gündüz saatlarından 14-ü axşamadək ölkə ərazisində küləkli hava şəraiti hökm sürəcək. Proqnozlara əsasən, Bakı və Abşeron yarımadası ilə yanaşı, bir sıra bölgələrdə təhlükəli külək güclənməsi gözlənilir.
Xidmət Bakıda və Abşeron yarımadasında, eləcə də Kəlbəcər, Zəngilan, Qobustan, Xızı, Qusar, Mingəçevir, Yevlax, Tərtər, Neftçala, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Gəncə, Naftalan, Goranboy və Daşkəsən rayonlarında narıncı səviyyəli xəbərdarlıq elan edib. Həmin ərazilərdə şimal-qərb istiqamətli küləyin sürətinin 20,8–28,4 m/saniyəyədək artacağı bildirilir.Digər bölgələrdə isə sarı xəbərdarlıq qüvvədə olacaq. Bu ərazilərdə də şimal-qərb küləyi müşahidə olunacaq və küləyin sürəti 13,9–20,7 m/saniyə arasında dəyişəcək.Qeyd edək ki, güclü külək hava şəraiti bəzi ərazilərdə fəsadlara səbəb ola bilər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

