Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdində Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi (SOC) fəaliyyətə başlayıb. Yeni mərkəzin yaradılması səhiyyə sahəsində rəqəmsallaşmanın təhlükəsizliyinin təmin olunması və xüsusi əhəmiyyətli məlumat infrastrukturunun qorunması baxımından strateji əhəmiyyət daşıyır.
SOC mərkəzi 24/7 fasiləsiz rejimdə fəaliyyət göstərərək tibbi informasiya sistemlərinin, pasiyent məlumatlarının və rəqəmsal səhiyyə xidmətlərinin kibertəhlükəsizliyini təmin edəcək. Mərkəzin əsas funksiyalarına kiberhücumların və informasiya təhlükəsizliyi insidentlərinin proaktiv monitorinqi, erkən aşkarlanması və operativ şəkildə qarşısının alınması daxildir.
Bildirilib ki, mərkəzin əsas məqsədləri tibbi məlumatların konfidensiallığının və bütövlüyünün qorunması, tibb müəssisələrinin fəaliyyətinə zərər vura biləcək kiberhücumların qarşısının alınması, Səhiyyə Nazirliyinin tabeliyində olan informasiya sistemlərinin mərkəzləşdirilmiş monitorinqi və insidentlərə çevik reaksiya mexanizmlərinin tətbiqidir.
Məlumata görə, SOC mərkəzi çərçivəsində Data Loss Prevention (DLP) və Identity & Access Management (IAM) kimi müasir təhlükəsizlik həllərinin tətbiqi yekun mərhələdədir. Bu sistemlər milyonlarla pasiyentin məlumatlarının ciddi nəzarət altında saxlanılmasına imkan verəcək.
Qeyd olunub ki, səhiyyə sahəsində məlumat təhlükəsizliyi vətəndaşların etimadının möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Yeni yaradılan SOC mərkəzi ölkənin səhiyyə sisteminin kiberdavamlılığının artırılmasına xidmət edəcək.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir