Tanınmış jurnalist, Bakupress Milli İnformasiya Agentliyinin rəhbəri Şəfəq Ağacanın ailəsində ağır itki baş verib. Jurnalistin bibisioğlu Ağabalayev Alı Füzuli oğlu 48 yaşında qəfil ürəktutması nəticəsində vəfat edib.

Mərhum ali təhsilli neft mühəndisi olmuş, uzun illər SOCAR-da fəaliyyət göstərərək peşəkarlığı, məsuliyyəti və yüksək insani keyfiyyətləri ilə tanınmışdır. O, ailəsinə sədaqətli, ətrafındakılara diqqət və hörmətlə yanaşan, üç övladın qayğıkeş atası idi.
Alı Ağabalayevin vaxtsız vəfatı ailəsi, yaxınları və onu tanıyan hər kəs üçün əvəzolunmaz itkidir. Bu ağır itki ilə əlaqədar Şəfəq Ağacana, mərhumun ailə üzvlərinə və doğmalarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan səbr və dözüm diləyirik.

Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir