Suriya Xarici İşlər Nazirliyinin adının açıqlanmasını istəməyən rəsmisi SANA agentliyinə açıqlamasında bildirib ki, Fransız xəbər agentliyi AFP-nin Suriya hökumətinin hər hansı döyüşçünü Çinə təhvil verməyi planlaşdırdığına dair iddiaları əsassızdır.
AFP-nin bu gün yayımladığı xəbərdə Suriya tərəfindən 400 uyğur döyüşçüsünün Çinə verilməsinə hazırlaşıldığı və məsələni Suriya xarici işlər naziri Əsəd Həsən Şeybaninin Pekin səfəri zamanı müzakirə edəcəyi iddia olunmuşdu.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

