Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani İsrailli heyətlə Parisdə görüş keçirib. Görüşdə tərəflər gərginliyin azaldılması və 1974-cü il atəşkəs razılaşmasının yenidən bərpası məsələlərini müzakirə edilib.
İsrailin Strateji İşlər Naziri Ron Dermer, ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakla birgə görüşdə iştirak edib. Beləliklə, Dermer və Şeybani ABŞ himayəsi altında bir ay ərzində ikinci dəfə üz-üzə gəliblər.
Görüşdən sonra rəsmi açıqlama verilməyib.
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin