Suriya Xarici İşlər naziri Əsəd Həsən Şeybani ölkəsinin Türkiyədə yenidən səfirlik açmağa hazırlaşdığını və Ankara ilə danışıqların davam etdiyini bildirib. “Türkiyə ilə xüsusi münasibətlərimiz var, səfirliyin açılması bizim üçün önəmlidir”, – deyə o vurğulayıb.
Yenifikir.media-nın məlumatına görə, Londonda çıxış edən Şeybani ABŞ-la münasibətlərin müsbət inkişaf etdiyini, Prezident Əhməd Şaranın Vaşinqton səfərinin uğurlu keçdiyini qeyd edib. Nazir Sezar sanksiyalarının tam ləğvinin “yalnız zaman məsələsi” olduğunu deyib.
Şeybani Suriya diplomatik missiyalarında yenilənmənin aparıldığını, Qaziantepdə konsulluq açıldığını və Türkiyədə səfirlik üçün danışıqların irəlilədiyini bildirib.
Rusiyaya münasibətdə o, Şamın “pragmatik” xətt tutduğunu və Moskva ilə qarşıdurma istəmədiklərini vurğulayıb.
Nazirin sözlərinə görə, Suriya hazırda əsas diqqətini ölkənin yenidən qurulmasına yönəldib və milli birliyin qorunmasını prioritet sayır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

