Suriya Prezidenti Əhməd Şara 24 sentyabrda Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edəcək.
Əsəd rejimini devirdikdən sonra Suriyada bütün təbəqələrin dəstəyini qazanan Əhməd Şaranın 24 sentyabrda BMT Baş Assambleyasında çıxış edəcəyi bildirilib. Onun nitqində Suriyanın regional proseslərə münasibəti, Fələstin məsələsi və Qəzzadakı humanitar vəziyyət kimi mövzuların yer alacağı gözlənilir. Bundan əlavə, Suriyanın beynəlxalq arenada sülh və sabitlik çağırışlarını bir daha səsləndirəcəyi vurğulanır.
BMT Baş Assambleyası hər il dünya liderlərini bir araya gətirərək, qlobal məsələlərin müzakirə olunduğu ən mühüm diplomatik platformalardan biri hesab olunur.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

