Süni intellekt dünyanın başına bəla olacaq. Roma Papası haqlı irad bildirmişdi. Çoxu anlamadı. Zərəri xeyrindən çox olacaq. Çünki faydaları ilə paralel sui-istifadə halları da artır.

Texnologiyaların faydası ilə yanaşı ziyanları da var. İnsan əməyi artıq sıradan çıxır. Sağlıq problemləri artır. Bir çox müasir məişət avadanlıqları insanları fiziki cəhətdən kütləşdirib tənbəlləşdirdiyi kimi süni intellekt də zehni, əqli cəhətdən kor edəcək.

Süni intellektdən istifadə, orta məktəb şagirdinin riyaziyyat dərsindən misalı kalkulyatorla hesablayıb yazmasına bənzəyir. Eyni zamanda bu yeniliyin vasitəsi ilə müasir üsullarla cinayət halları da artacaq.

Bayaq Türkiyə üçün hazırlanan videoçarxlara baxdım. Əsasən hicablı qadınların, dindar qiyafəli kişilərin obrazında süni intellekt vasitəsi ilə pozğun sözlər, söyüşlər və əxlaqsızlığı təbliğ edən görüntülər yayırdılar. Diqqətimi çəkdi. Düşündürdü…

Qərbdəki islamafob dairələr, quranyandıran ideoloji institutlar süni intellekti İslam aləmi üçün virus, bakteriya qismində istifadə edəcəklər. Türkiyə üçün artıq buna start verildiyi qənaətindəyəm. Yəqin ki, qabaqlayıcı tədbirlər görüləcək.

Ölkəmizdə də belə halların qarşısını vaxtında almaq üçün müvafiq tədbirlər, maarifləndirmə işləri aparılmalıdır.

Tural İrfan
Teopolitoloq

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir