Sumqayıtda qeyri-adi hadisə baş verib. Bəyin iştirak etmədiyi toy mərasimi keçirilib və dəvətnamələrdə bəy qismində onun adının yazıldığı iddia olunur. Jurnalist İlkin Abbasi bildirib ki, yanvar ayında nişanlandığı Xədicə Əliyeva ilə təxminən 10-12 gün əvvəl ayrılmaq qərarına gəlib. Onun sözlərinə görə, ayrılıqdan sonra keçmiş nişanlısı və ailəsi tərəfindən təhdidlərə məruz qalıb.
İlkin Abbasi iddia edir ki, ailə onun razılığı olmadan Sumqayıtda yerləşən “Bəyaz Saray” şadlıq evində toy mərasimi təşkil edib.
“Toyda gəlin var, bəy yoxdur, yəni mən yoxam. Bəy qismində mənim adım gedir. Son ana qədər gözlədim ki, bu məsələyə son qoyulsun. Amma məni bu açıqlamanı verməyə məcbur etdilər”, – deyə jurnalist bildirib.
O, keçmiş nişanlısından problemlər səbəbindən ayrıldığını və qərarını sivil şəkildə çatdırdığını qeyd edib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

