Türkiyənin 1986-cı ildə yaradılan “Zonguldakspor” futbol klubu yeni sponsorla müqavilə imzalayıb. Şirkətin şərtlərinə əsasən, klubun adı dəyişdirilərək rəsmi olaraq “TCH Group Zonguldakspor Futbol Kulübü A.Ş.” kimi qeyd olunub.
Yenifikir.media xəbər verir ki, hazırda “Zonguldakspor” Türkiyə Futbol Federasiyasının 3-cü Liqasının 3-cü qrupunda çıxış edir. Komanda 4 oyunda 4 xal toplayaraq turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin