Türkiyənin bir neçə basketbol komandasında – Beşiktaş, Anadolu Efes, Türk Telekom, Fenerbahçe və Banvit – oynamış keçmiş Serbiya millisinin basketbolçusu Vladimir Stimac Belqradda hökumət əleyhinə keçirilən etirazlarda iştirak etdiyi üçün həbs edilib. Stimacın Parlament və televiziya binası önündəki aksiyalarda zorakılığı təşviq etdiyi iddia edilir.
Yenifikir.media bildirir ki, Serbiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, basketbolçu Parlament önündə “ictimai nizamı pozmaq və hadisə yaratmaq” ittihamı ilə 37 nəfərlə birlikdə saxlanılıb. Nazirlik həmçinin digər eyni aksiyalarda iştirak etdiyi iddia edilən şəxslərin də axtarıldığını qeyd edib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

