Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə IKBY Baş naziri Məsrur Barzanini qəbul edib. Görüşdə Sisi İraqın birliyi və ərazi bütövlüyünə tam dəstək verdiklərini bildirib.
Tərəflər regional məsələləri müzakirə ediblər. Barzani Misirin İraqda sabitliyə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Qeyd edək ki, IKBY mərkəzi hökumətin razılığı olmadan ABŞ-la 110 milyard dollarlıq enerji sazişi imzalayıb. Bağdad bu sazişi qanunsuz sayaraq tanımadığını açıqlayıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

